Pages

۱۳۹۱ اردیبهشت ۱۹, سه‌شنبه

Güney Azərbaycan milli hərəkətinin gəlişim sürəcində öyrənci hərəkətinin rolu

savalan port : Güney Azərbaycan milli hərəkətinin gəlişim sürəcində öyrənci hərəkətinin  rolu
Giriş:
Tarixsəl dönüm noqtlarında  meydana gələn önəmli toplumsal olayları tanımlamaq için qullanılan toplumsal hərəkət qavramı 18 yüz ilin ortalarında itibarən tartışmaya başlamış, 19  yüz ildən  bu yana sosyal bilimlərdə gidərək önəm qazanmış və üzərində  yoğun çalışılmışdır.
Sosyal bilimlər alanı yazınında  toplumsal hərəkətlərin tanımlamaları aynı zamanda hərəkətlərin nitəlikləri haqqında  da bilgi içərir. harəkətlərin kollektiv bir kimliyə dayalı , organizə olmuş çatışmacı və sürəklilik arz edən bir yapıya sahib olması, aynı zamanda bu hərəkətlərin nitəlikləri olaraq da qəbul edilməkdədir.

Toplumsal hərəkətinin mahiyitinə qısa bir baxış:
Toplumsal hərəkətlər, çox sayıda kişinin qatıldığı geniş ölçəkli və sürəklilik olan ortaq davranışları ifadə edər. Bireylərin bəlirli bir amacı için bir araya gəlmələri və ortaqlaşa etkinliklərdə bulunmaları toplumsal hərəkətlərin başlanqıç noqtasıdır. Kolektiv davranış ,egemən kültürün norm və dəğərlərini zorlayan  çox sayıda kişinin qatıldığı gönüllü və özlüğündən oluşan eyləmlərdir.
Toplumsal hərəkətlərin ortaya çıxış  biçimləri, amaçları  və yöntəmləri  baxımından bir birindən çox fərqili özəlliklərə sahib olsada, bu fərqililik  toplumsal hərəkətləri ,ortaq davranış dəyişiminin hədəflənməsi , ortaq bir kimliyin  varlığı görəli sürəklilik kimi təməl eksənlərdir
Toplumsal hərəkətlər bir dəyişməyi yada dəyişməyi  əngəllənməyi hədəfləyəbilir. Sahib  olduğu  ortaq noqtalara qarşın  toplumsal hərəkətlər özgün özəllikləri sahibdir.  Çox böyük ölçəkdədə çeşidlilik sərgilər. Genəl olaraq  toplumsal hərəkət biçimləri barış hərəkətləri, çevrəci hərəkətlər, işçi hərəkətləri, ifadə özgürlüğü və demokratik hərəkətlərdir.
Dünya da Öyrənci hərəkətinin yaranmasına qısa bir  giris:
Öyrənci hərəktləri ; bütün sosyal hərəkətlər içərisində son  yüz ildə özünə özgü şart və özəllikləri olan bir sosyal grubun egəmən  gruba qarşı muxalifətini tanımlamaq için qullanılmaqdadır. Son yüz ildə  toplumları dərindən etkiləyən kültürəl və siyasal dəyişmələrdə öyrəncilərin oynadığı rol hiç də küçümsəməyəcək qədər etkili və önəmlidır.
1960"ların  sonlarında dünyada açıqça gözlənəbilən dərin və dramatik  bir dönüşüm və kimilərinə görə bir devrim söz qonusu idi. 1970"lərin  yeni siyasal ortamını şəkilləndirəcək olan 1968 mayisinda Fransada, öyrənci hərəkəti qısa sürədə dünyanın bir çox ölkələrinə  də yayılmışdır. Öyrənci  hərəkətləri  eğitim krizi və basqıcı siyasal yönətimlər ilə soğuq savaşın gətirdiği ekonomik və siyası qoşullardan duyulan məmnuniyətsizlik  yol açmışdır. Dolayısı ilə 1968 mayis ayinda  başlayan öyrənci hərəkəti yaşanan dönüşümün işarət nitəliğindədir.
Güney Azərbaycan öyrənci hərəkətin milli söyləmə dayalı oluşması və gəlişim sürəci:
Devrimindən sonra  İranın genəlində 1990  cı ilərə qədər   öyrənci hərəkətində aktiv fəaliyətdən söz etmək  zordur  . 1990 ci ildən itibarən  Güney Azərbaycanda  öyrənci hərəkətinin zəmin yaradan  bir neçə etkənin etkisiki  ilə milli kimliyi hədəf alaraq  orta çıxımışdı.
- Sovetlər birliyinin  çöküşü  ilə bərabər orta asiyada Türk cumhuriyətlərinin yaranmasi və Türkçülük şuurunun artması
-Quzey  Azərbacanın bağımsızlığı,qarabağ savaşı və əbulfəzl elçi bəy   faktoru  Güney Azərbaycan  öyrənci  hərəkətini öz söyləmini kimik bazında yaranmasında büyük rolu oynamışdırş. Qarabağın işqalı Güney azərbaycanlı  öyrəciləri tərəfindən ilk olaraq  büyük  protestolara nədən olmuşdur.
Güney Azərbaycan öyrənci hərəkəti bir yandan kültürəl fəaliyətini dəvam eddirirkən , diğər yandan da hərəkətin siyasiləşməsinə zəmin yaradırdı. Güney Azərbacan öyrənci hərəkəti İranda   yönətim tərəfindən Azərbaycan Türkələrin olunan  təhqir və ihanətlərə ciddi şəkildə qızdırmışdır.İranın rəsmi kanalı tərəfindən yapılan bir ankətdə Azərbaycan Türklərini təhqir edmələri Güney Azərbaycan öyrənciləri tərəfindən  1995  həm mitinglərə nədən olmuşdur. ,həmdə rəsmi organlara yazlı şəkildə etirazlarını bildirilmişdir. Güney Azərbaycan öyrənci hərəkətinin milli hərkətin siyasallaçmasında büyük öncü rol  oyanamışdır. Təbrizdə 1996-cı ildə  seçimlərdə Güney Azərbaycan öyrənci hərəkəti bütün güçü ilə bu  seçimdə aktiv qatımışdır. Seçimi Güney Azərbaycan milli hərəkətinin qazanmasına baxmayaraq  İran rejimi  o dönəm Güney Azərbaycan öyrənci hərəkətini basdırmaq için çoxlu sayıda öyrənciləri tutuqlamsı ilə sonuçlanmışdır. 1990-cı ildən 1996-cı qədər Güney Azərbaycan öyrənci hərkətini  birinci dalqa olaraq da adlandıra biləriz .
 Güney Azərbacan öyrənci hərkəti  1996-cı ildən sonra yeni  bir faza girmişdir. 1997 - cı ildə  reformcuların hakimiyət gəlməsi ilə bərabər İran genəlində əsən ılımlı ortamdan, Güney Azərbaycan  öyrənciləri  öz milli haqlarının və istəklərini eldə etməsi için   ilk olaraq 1998 -cı  ildə Muhəqiq Ərdəbil  üniversətəsində "Dan Ulduzu" dərgisi yayınlamaya başadı. Daha sonra,İranın genəlində Azərbaycanlı öyrəncilərin girişimi ilə 80 yaxın öyrənci dərgiləri çıxmaya başladı. İlk olaraq Güney Azərbaycanlı öyrəncilərin dərgisəl festivalı keçirilidi.Güney Azərbaycan öyrəncilərin çabası ilə  İranın genəlində təhsil alan Azərbaycanlı öyrəncilərin üniversitələrdə Türk dil kilasları bərpa edməklə bərabər çeşitli kültürəl etkinliklər də düzənləyirdilər. Güney Azərbaycan öyrənciləri öyrəncisəl qurumlarda uyə olmaqla, bəzən də yönətim quruluna  girməklə  Güney Azərbaycan milli məsələnin daha da aktuəl qalmasına zəmin yaradırdılar. Güney Azərbaycan öyrənci hərəkəti  reformcuların düzənlədiyi çeşitli panellerde, seminarlarda qatılmaqla  bərabər milli məsələnin özəlliklə 15 və 19 cı maddələrin icra olunmasının gündəmə  gəlməsi öz özlüğündə milli məsələnin aktuəlliyini qoruyurdu.
Güney Azərbaycan öyrənci hərəkəti bütün bu  fəaliyətlərin yanında  milli və tarixi şəxsiyətlərimizi anma törənlərini keçirmələri  milli hərəkətin  keçmişlə bağlarını sıxılaşdirması idi.
Güney Azərbaycan öyrənci hərkəti reformcu teyfin verdiyi  vədələri gerçekələşməyəcəyini anlayınca,  həm öyrəci hərəkətini, həm də milli hərəkəti reformcuların  tuzaqıdan qurmaq için Babək qalasına  yürüş başladı, Babək qalası  milli hərəkəti şəhər mərkəzlilikdən çıxasa ,ancaq Babək qalası Güney Azərbaycan öyrənci və milli hərəkətinin özünə dönüş noqtasıdır.Babəkin  Xurəmdinin cəsarətliyi ,onun vətən uğrunda savaşmasi Güney Azərbaycan toplumu için milli mucadilədə cəsarət qaynaqı olmuşdur.Eyni zamanda Babək qalası milli də tribuna çevrilmişdir.
1998-cı ildənm dan 2003 illərə qədər dəvam edən öyrənci dərgiləri eyni zamanda Güney Azərbaycan milli hərəkətin də  tribunları sayılmaqdydı. Eynı zamanda öyrənci hərəkətinin gəlişim sürəcinə baxılırsa ən parlaq dönəmi də söyləyəniliriz.Güney Azərbaycan  öyrənci hərəkət bu dönəmlər arası həsrət ədəbiyatından siyasi ədəbiyata keçərək ilə bərabər " gələcək bizimdir" şuarı  da gələcəyə umudla baxmaq milli  hərəkətin də bir  söyləm halinə gəldi.
Güney Azərbaycan öyrənci hərəkətini  1997-cı 2003 -cı ilə qədər   ikinci dalqa olaraq da adlandırabiləriz .
2003-ci ildən etibaren İranda reformcuların  siyasi iflasa uğraması ilə bərabər İran " da öyrənci hərəkətlərinin  fəaliyətlərini də etkiləmişdir. Güney Azərbaycan öyrənci  hərkəti fəaliyət alanı daraımışdır. Arxa arxaya baqlanan öyrənci dərgiləri Güney Azərbaycan öyrənci hərkətini toplumla olan  ilişkisini zəyifləmişdir.
Güney Azərbaycan   bu sürəçdən çıxmaq için ,İran da internetin umumiləşməsi ilə bərabər Güney Azərbaycan öyrənci hərəkəti də bu  durumdan  yararlanaraq  blog və saytların yaranmasi ilə bərabər yenidən toplum ilə olan  ilişkisini  teknoloji sayəsində yenidən qurmayi başardi.
May qiyami və Güney Azərbaycan öyrənci hərəkəti:
May qiyami  mahiyət  etibari ilə Güney Azərbaycan milli hərəkəti və öyrənci hərkətində  bir dönüm noqtasıdır. 12 mayis 2006  İran  devlətinin rəsmi xəbər ajansı olan İran qazetəsində Türkləri hamambəcəyinə bənzətən karikatorda"bizi böcəkləsdirməmələri için nə etməliyiz". Azərbaycan Türklərini ikinci kəz  devlətin rəsmi kanalından təhqir olundu.
Krikator krizi Güney Azərbaycan öyrənci hərəkəti toplumu səfərbər etmək   ünivərsitələrdə
düzənlənən mitnglər və protestolar qısa zamanda tün Azərbayca şəhərlərinə yayınland.May qiyamının ilk qığıcımları öyrəncilər tərəfindən başlatıldı. Güney Azərbaycan öyrənci hərəkəti  bu  mitinglərin gerçəkləşməsində başat rol oaynadı. Güney Azərbaycan  öyrənci hərəkəti  milli hərəkəti dəyil bəlki Güney Azərbaycan toplumu  bu mitinglərə səfərbər eddi..Güney Azərbaycan öyrənci  hərəkəti milli kimlik sahib çıxmaq zəruriyətindən yarnmışdır.Dolayısı ilə öz yaradığı misiya sahib çıxmaq zorundaydi.  May qiyami ilə bərabər öz misyasını bir daha da göstərməklə bərabər eməyi boşa çıxmadı. Güney azerbaycan öyrənci hərəkətinin  may qiyaminda kı, rolu  ulusal kimliyi Güney Azərbaycan tolumu ilə birlikdə sahib çıxdı. Güney Azərbaycan ulusal kimliyinə sahib çıxması ilə bərabər Fars kimiliyin Güney Azərbaycan coğrafiyasinda zəyifləməsi , Azərbaycan Türk kimliyin güçlənməsidir. Azərbaycan Türk kimliyi güçlənməsi ,siyasallaşması Güney Azərbaycan öyərnci hərəkətinin yarandığı gündən izlədiyi misiyasidir.

Sonuç:
Öyrəncilərin oxuması( Entəlləktüəl rolu, gelişme  və deyəşiməyə açiq olması). dinamik bir ortama və çevrəyə sahib olma və gələcəyin bəlirləyicisi olma özəlliyini daşıdığı için toplumsal bir hərəkətdə öyərəncisiz bir  hərəkətini  düşünmək  zordudur.
Güney Azərbaycan  öyrənci hərəkətini başqa öyrənci hərəkətlərindən ayıran, milli söyləmlərə dayanan, Çeşitli yöntəmlərlə asimilə olunmuş bir millətin milli kimlik uğrunda  mücadələ verən Azərbaycançılık ,Türkçülük və çağdaşlıq  ruhunu"gələcək bizimdir"şuarında biləşdirib daşımasıdır.
Güney Azərbaycan öyrənci hərəkəti bir yandan  milli  söyləmlərin toplum içində umumiləşməsinə çalışırkən, diğər yandan da milli söyləmlərə dayanaraq Fars mərkəzlı öyrənci hərəkətindən bağımsız hərəkət etməsidir. İlk olaraq  milli siyası söyləmlərin İranın siyasi alanına daşımış və beləliklə teorik baxımından da fars metodolojisini çalışə çəkmişdir.
Güney Azərbaycan öyrənci hərəkəti ilə yanaşı xaricə öyrənci  aktivistləri "Günaztac" kimi  bilimsəl dərgisini çıxarması ilə bərabər çeçitli qonulara o cümlədən  Fars milliyətçiliyini  gerçək mahiyətini ortaya qoymuşdur. "Günaztac" kimi  bilimsəl dərgilər ayni zamanda  Güney Azərbaycan milli hərəkətini də dünya kamo oynuna tanımaqda büyük qatqıları olmuşdur.
Güney Azərbaycan öyrənci hərəkəti 1990-cı ildən günümüzə qədər milli hərəkət içərisində bəliləyici unsur kimi  milli hərəkətin büyüməsində qonnumu etibari ilə başat rol oyanamışdır.
Güney Azərbaycan öyrəncisi  dinamik yapısı və milli  hərəkət içində kı, qonumu etibari ilə, bygün  Urmu gölünün  bilinçli şəkildə qurudulmasına ilişkin önləmlərin alınması yenə də başat rol oynayabilər. Urmu gölü sorunu milli hərəkətinin var olub olmama sorunudur. Dolayısı ilə Güney Azərbaycan öyrənci hərəkətini önümüzdəki günlərdə büyük bir sınav gözləməkdədir.
Şahin Xiyavlı
Oslo/08.05.2012

هیچ نظری موجود نیست:

ارسال یک نظر