Pages

۱۳۹۱ خرداد ۱۷, چهارشنبه

گونئی آذربایجان دا میللی حرکاتین فعالیت مئکانیزماسینا قیسا باخیش - سعید بایکال

ساوالان پورت : دونيادا بوتون سياسي حرکاتلارين، ديکتاتور وباسقيجي گوجه قارشي آپارديغي موباريزه‌لرين اوغور قازانماسي، شوبهه سيز کي همين سياسي حرکاتين تمثيل ائتمک ايسته‌ديگي توپلومون (جمعيتين) چئشيدلي لايلارينا (قاتمانلار) نه قدر نوفوذ ائده بيله‌جگيندن و سؤز قونوسو سياسي حرکاتين دؤشمه‌سيني (تابانيني)  تشکيل ائده‌جک، او، جمعيييئتين لايلاري طرفيندن نه سوييه‌ده منيمسنديگيندن، هانسي آلانلاردا (کولتورل، سيياسال، ائکونوميک) موباريزه آپارا بيله‌جگي گوجوندن آسيليدير.

بوتون بونلاري ديقته آلاراق گونئي آذربايجان ميللي حرکاتي سؤزو کئچن قونولاري (مؤوضوعلار) نه قدرقاپسايا (احاطه) بيلير؟ گونئي آذربايجان ميللي حرکاتي ميلتيميز اوچون نئجه بير گله‌جک وعد ائدير؟ بونا داياناراق دا، ميللي حرکاتين فعاليت مئکانيزماسي نئجه شکيللنميش؟ ميللي حرکات هارالاردا و هانسي زامانلاردا اوغور (مووففقيت) الده ائده بيلميش؟

نه قدر ده بابک قالاسيندا کي قورولتايلاري، 21 ماي 2006 آياقلانمالاريني، تراختور و اورمو گؤلو گؤستريلريني (اکسييالاريني)، ايرانين کؤکدندينچي_فارس رئژيمي طرفيندن معروض قالديغيميز آيريمچيليق، آسسيميلاسيا و محو اولما سيياستلرينه قارشي، ميللي حرکاتين بير گوج گؤستريسي کيمي اله آلساقدا، سونوج (نتيجه) اعتيباري ايله الده ائتديگيميز هر هانسي بير ميللي قازانج يوخدور و رئژيم طرفيندن، سؤزونو ائتديگيميز سيياستلر اوزره هر هانسي بير واز کئچمه و يا خفيفلتمه حرکتي گؤرونمه‌مکده‌دير.

ايران رئژيمينين ميلتيميز اوزرينه اويغولاديغي (تتبيق ائتديگي) باسقيجي و قاپالي سيياستلره گؤره، گونئي آذربايجان ميللي حرکاتي دا باشلانقيجدان اعتيبارن گرکديگي کيمي و گئنيش شکيلده تشکيلاتلانماميش، بوتونلئشه بيلمه‌ميش. نئجه کي تئشکيلاتلانماق اوچون بللي اؤلچوده (ميقداردا) توپلانتيلار، اوتوروملار،دارتيشمالار و خبرلشمه‌لر اساس شرطلردندير. ائله محض بو سببدن يولا چيخاراق دا ميللي حرکات ايچريسينده فعالييت ساحه سي سينيرلي (محدود) اولان کيچيک و بير بيريندن باغيمسيز گؤرونن چوخ ساييدا قوروپلارا آيريلميشدير.عئيني زاماندا دا بو قوروپلار بيله‌رک و يا بيلميه‌رک پارالئل و ماهيت اعتيباري ايله بنزر قوروپلارلا ايرتيباط حاليندا اولوب، بللي (موشخص) زامانلاردا بير بوتون اولاراق اورتايا چيخميشدير، بو قوروپلاشمالارين فعالييت مئکانيزماسينا باخديغيميزدا ايسه واحيد بير اورگانيزاسييونا باغلي اولمادان گرکديگي زامان بنزر قوروپلاشمالار ايله ايرتيباط، کوورديناسييا و خبرلشمه تامين ائدن و بو شکيلده حرکت ائدن بير مئکانيزمادير.

بو دور (جور) فعالييئت مئکانيزماسي ايسته‌نيلن و پلانلانميش بير مئکانيزما دئييل، بو سادجه ميللي حرکاتين ايچسل (داخيلي) گليشمه‌لرينين، چالخانتيلارينين و ايچينده ياشاديغي اوتوريتئر سيستئمين باسقيچيليغيندان اورتايا چيخان بير قاريشيق مودئلدير.

بوتؤو (واحيد) بير اورگانيزاسيونا باغلي اولمايان (تبعيت ائتمه‌ين) بو قوروپلاشمالار مئکانيزماسي، ميللي حرکات اوچون گرکديگي زامان گرکن تپگي (کسوله‌مل) گؤسترمک رئفلئکسيني آلماسيدير. چونکو بحث ائتديگيميز قوروپلاشمالارين هئچ بيريسينده تک باشينا حياتا کئچيره‌جک بير اَيلم (حرکت) و يا گؤستري گوجو يوخدور. قوروپيلارآراسي اوزلاشماق (رازيلاشماق) و اورتاق چيخيش ائتمک اوچون علاقه يه کئچمک زورونلولوغو (مجبوريتي) زاماني و ائنئرژيني، آرديجيل بوشا توکتمکده‌دير. حتّي تئشکيلاتلاريميزدا بو محدود قوروپلاشما مئکانيزماسيندان پايلاريني آلميشلار و حرکت ائتمک اوچون مجبور بو قوروپلار ايله ايرتيباط و راضيلاشماغي ساغلاماليديرلار.

ايران رئژيمين باسقيجي و قاپالي سيياستلرينه گؤره، ميللي حرکات، ميلتيميزي بيلينجلنديرمه يؤنونده کي فعاليتلرينيپروفئسيونئل (هئرفئيي) و چاغداش يؤندملر ايله دئييل، چوخ اؤلچوده (نيسبتده) 1350 (1970) لرده اولدوغو کيمي گئجه بيلديريشلر، دووار يازيلار، بونلارا بنزر جد داغيتمالار وئ آليشوئريش، چؤرک خانا ييغجاملاريندا دانيشيقلار و توي مجليسلرينده سؤيله‌نيلن ميللي شئيرلر ايله يوروتموشدور. باخماياراق کي بير دؤنم اؤيرنجي درگيلري چوخ تاثيرلي اولدو، هابئله ان سون تراختور ماچلاريندا آتيلان شوعارلار و بو يوللا ائديلن تبليغلر، فيکريمجه يئني بير تبليغ وکوللئکتيف فعاليت مئتودو اولاراق ميللي حرکات منسوبلاري طرفيندن اويغولاندي (تتبيق ائديلدي).

نتيجه اعتيباري ايله گلنکسل (سوننتي) اولاراق گؤرونن ميللي حرکاتيميزدا کي موباريزه و فعاليت مئتودو، 40 ميليون گونئي آذربايجان تورکونو، ايراندا کؤکدندينچي_فارس رئژيمي، جيدي بيچيمده (شکيلده) سارسماق اوچون، اوياديب، حرکته کئچيرمه‌ميشدير

بير ميلتين سياسي، ايجتيماعي، ايقتيصادي هاقلارينين طلب ائتمه يؤنوند، ديقته آلينماسي گرکن پرنسيبلر نه‌لردن عيبارتديرس، اونلاري ديقته آلماميز لازيمدير يوخسابو چئتين يولدا لازيم اولمايان بدللر (هزينه‌لر) اؤدمک زوروندا قالاريق!

سعيد بايکال
Güney Azərbaycanda milli hərəkatın fəaliyyət mekanizmasına qısa baxış (iç)

Savalan Port : Dünyada bütün siyasi hərəkatların, diktator və  basqıcı gücə qarşı apardığı mübarizələrin uğur qazanması, şübhesiz ki həmin siyasi hərəkatın təmsil etmək istədiyi toplumun (cemiyyətin) çeşidli laylarına (qatmanlar) nə qədər nufuz edə biləcəyindən və söz qonusu siyasi hərəkatın döşəməsini (tabanını) təşkil edəcək, o, cəmiyyetin layları tərəfindən nə səviyədə mənimsəndiyindən, hansı alanlarda (kültürəl, siyasal, ekonomik) mübarizə apara biləcəyi gücündən asılıdır.
Bütün  bunları diqqətə alaraq Güney Azərbaycan milli hərəkatı sözü keçən qonuları (mövzular) nə qədər  qapsaya (əhatə) bilir? Güney Azərbaycan milli hərəkatı millətimiz üçün necə bir gələcək vəd edir? Buna dayanaraq da, Milli hərəkatın fəaliyyət mekanizması necə şəkillənmiş? Milli hərəkat haralarda və hansı zamanlarda uğur (müvəffəqiyyət) əldə edə bilmiş?
Nə qədər də Babək qalasında ki qurultayları, 21 may 2006 ayaqlanmalarını, Traxtor və Urmu gölü göstərilərini (aksiyalarını), İranın kökdəndinçi_fars rejimi tərəfindən məruz qaldığımız ayrımçılıq, assimilasya və məhv olma siyasətlərinə qarşı, milli hərəkatın bir güc göstərisi kimi ələ alsaqda, sonuc (nəticə) etibarı ilə əldə etdiyimiz hər hansı bir milli qazanc yoxdur və rejim tərəfindən, sözünü etdiyimiz siyasətlər üzərə hər hansı bir vaz keçmə və ya xəfiflətmə hərəkəti görünməməkdədir.

İran rejiminin millətimiz üzərinə uyğuladığı (tətbiq etdiyi) basqıcı və qapalı siyasətlərə görə, Güney Azərbaycan milli hərəkatı da başlanqıcdan etibarən gərəkdiyi kimi və geniş şəkildə təşkilatlanmamış, bütünleşə bilməmiş. Nece ki teşkilatlanmaq üçün bəlli ölçüdə (miqdarda) toplantılar, oturumlar,dartışmalar və xəbərləşmələr əsas şərtlərdəndir. Ele mehz bu səbəbdən yola çıxaraq da milli hərəkat içərisində fəaliyət sahəsi sınırlı (məhdud) olan kiçik və bir birindən bağımsız görünən çox sayıda quruplara ayrılmışdır.Eyni zamanda da bu quruplar bilərək və ya bilməyərək paralel və mahiyyət etibarı ilə bənzər quruplarla irtibat halında olub, bəlli (müşəxxəs) zamanlarda bir bütün olaraq ortaya çıxmışdır, Bu quruplaşmaların fəaliyət mekanizmasına baxdığımızda isə vahid bir orqanizasiyona bağlı olmadan gərəkdiyi zaman bənzər quruplaşmalar ilə irtibat, koordinasiya və xəbərləşmə təmin edən və bu şəkildə hərəkət edən bir mekanizmadır.
Bu dür (cür) fəaliyet mekanizması istənilən və planlanmış bir mekanizma deyil, bu sadəcə milli hərəkatın içsəl (daxili) gəlişmələrinin, çalxantılarının və içində yaşadığı otoriter sistemin basqıçılığından ortaya çıxan bir qarışıq modeldir.
Bütöv (Vahid) bir orqanizasyona bağlı olmayan (təbəiyyət etməyən) bu quruplaşmalar mekanizması, milli hərəkat üçün gərəkdiyi zaman gərkən təpgi (əksüləməl) göstərmək refleksini almasıdır. Çünkü bəhs etdiyimiz quruplaşmaların heç birisində tək başına həyata keçirəcək bir əyləm (hərəkət) və ya göstəri gücü yoxdur. Qurupılararası uzlaşmaq (razılaşmaq) və ortaq çıxış etmək üçün əlaqəyə keçmək zorunluluğu (məcburiyyəti) zamanı və enerjini, ardıcıl boşa tükətməkdədir. Hətta teşkilatlarımızda bu məhdud quruplaşma mekanizmasından paylarını almışlar və hərəkət etmək üçün məcbur bu quruplar ilə irtibat və razılaşmağı sağlamalıdırlar.

İran rejimin basqıcı və qapalı siyasətlərinə görə, milli hərəkat, millətimizi bilincləndirmə yönündə ki fəaliyyətlərini  profesyonel (herfeyi) və çağdaş yöndəmlər ilə deyil, çox ölçüdə (nisbətdə) 1350 (1970) lərdə olduğu kimi gecə bildirişlər, duvar yazılar, bunlara bənzər CD dağıtmalar ve alışveriş, çörək xana yığcamlarında danışıqlar və toy məclislərində söylənilən milli şeirlər ilə yürütmüşdür. Baxmayaraq ki bir dönəm öyrənci dərgiləri çox təsirli oldu, habelə ən son Traxtor maçlarında atılan şüarlar və bu yolla edilən təbliğlər, fikrimcə yeni bir təbliğ və  kollektif fəaliyyət metodu olaraq milli hərəkat mənsubları tərəfindən uyğulandı (tətbiq edildi).

Nəticə etibarı ilə gələnəksəl (sünnəti) olaraq görünən milli hərəkatımızda ki mübarizə və fəaliyyət metodu, 40 milyon Güney Azərbaycan Türkünü, İranda kökdəndinçi_fars rejimi, ciddi biçimdə (şəkildə) sarsmaq üçün, oyadıb, hərəkətə keçirməmişdir

Bir millətin siyasi, ictimai, iqtisadi haqlarının tələb etmə yönündə, diqqətə alınması gərəkən prənsiblər nələrdən ibarətdirsə, onları diqqətə almamız lazımdır yoxsa  bu çetin yolda lazım olmayan bədəllər (həzinələr) ödəmək zorunda qalarıq!

Səid Baykal

هیچ نظری موجود نیست:

ارسال یک نظر