Pages

۱۳۹۱ تیر ۱۱, یکشنبه

اورمو گؤلونون قورودولماسینا قارشی " دینج ایطاعتسیزلیک حرکتی اؤنریلیر" - سعید بایکال

ساوالان پورت : بو گون آذربايجانيميزين ان ديرلي وارليقلاريندان بيري، حتّي آذربايجانيميزين وار اولماسي اوچون چيرپينان قلبي اولان اورمو گؤلو، ايران آدلانان اؤلکه‌نين کؤکدندينچي_راسيست رئژيمي طرفيندن قورودولوب، دوزلوغا دؤنوشدورولمک اوزره‌دير.


5 مين 700 کیلومتر2’ليک مساحتي و 102 آداسي ايلئ ايران’ين ان بويوک گؤلو اولان اورمو گؤلو،نورمال زاماندا توپلام 37 ميليارد مئترکوپ سو ايچرمکده و گؤل، قوزئيدن گونئيه 135 کيلومئتير اوزونلوغوندا، دوغودان باتييا 18 ايلا 55 کيلومئتير گئنيشليگينده‌دير. 
 
درينليگي ان چوخ 16 مئتير اولان گؤلده دوز ذخيره سي باخيميندان دونيانين ايکينجي بؤيوک، قاپساديغي (احاطه) آلان باخيميندان دونيانين اوچونجو بؤيوک گؤلو اولان اورمو گؤلو’نه 60`ين اوزرينده چاي و چايلاق آخماقدادير آما حال حاضيردا بو چايلارينتخمينن بوتونونون اورمو گؤلونه آخيشي، موختليف بندلرين (باراژ، سد) اينشاسي ايله انگلله‌نيبدير.

بير باشقا ياندان ايسه، تبريزله اورمونو بيرلشديرمک بهانه‌سي ايله گؤلون اورتاسيندان 17 کيلومئتير اوزونلوغوندا کؤرپو اينشا ائتمک آدينا، داش تورپاقلاري گؤلون اورتاسينا قدر دولدوراراق، ايچ گؤزه‌لرين قاپاديلماسيني ساغلاييب، سويون دولاشيميني انگلله‌ييبلر. نهايت سويون يوزده 70’ي سون 15 ايل ايچينده بيلينجلي بير شکيلده ايران رئژيمي طرفيندن قورودولموشدور.

اوزمانلارا (موتخصیص) گؤره اؤنلم آلينماماسي حاليندا بيرنئچه ايل ايچينده گؤل، دوزلوق بيربؤلگه‌يه دؤنوشه بيلئجئکدير. ايستاتيستيکلره (آمار) اساسن بو گؤلون تامامن قوروماسي و بونون آرديندان اورتايا چيخاجاق فلاکت، چئوره‌ده‌کي76 ميليون اينسان يئتکيليه‌جک و 15 ميليون اينسان ايسه ياشاما آلانلاريني ايتيره‌رک، تورپاقلاريني ترک ائتمک زوروندا قالاجاقلار " بو اينسانلار ايسه گونئي آذربايجان تورکلريديرلر."

بئله بير فلاکتين اورتايا چيخماسينا دويارسيز و اومارسيز داورانان، ايللر بويو گؤز يومان بير رئژيم نئجه بير نييت ايچينده اولدوغونو آچيقجا بللي ائتمکده‌دير. نئجه کي بونون ايلک سيگناللاريني دا 2006_جي ايل 12 ماي`يندا، ايران قزئتينده درج ائديلن تورکلري آشاغيلاييجي کاريکاتوردا و او کاريکاتوردان 10 آي سونرا، يني 2007_جي ايلين 12 مارت تاريخينده، ايرانين بانک سيستئمينده پارا دولاشيمينا گيرن 5000 تومنليک پولوندا وئرميشديلر.

کاريکاتوردا تورکلري (حامام بؤجکلئريني) يوخ ائتمک اوچون اورتايا قويولان اؤنريلرين بيري تام بو شکيلده ايدي: "اونلاري توپلو شکيلده يوخ ائتمک اوچون يووالارينا زهر تؤکه‌جکسينيز" دئيه! 5000 تومنليک (50000 رييالليق) پولوندا ايسه درج اولونان ايرانين خريته‌سيندن اورمو گؤلو قالديريليبدير.

يوخاريدا قئيد ائديلن سوموت ندنلر (مووسق دليللر) گؤسترير کي ايران رئژيمي بيلينجلي بير شکيلده اورمو گؤلونو قورودور.

بو گون بيزيم، يني گونئي آذربايجان تورکلرينين قلبي ساييلان اورمو گؤلو، يوخاريدا قئيد ائديلن سوموت ندنلره (موثق دليللر) اساسن ايران رئژيمي طرفيندن بيلينجلي اولاراق بير دوزلوغا دؤنوشدورولمکده‌دير و اوردا وار اولان 10 ميليارد تونون اوزرينده دوز، اسن يئللر و قاسيرغالار واسيطه‌سي ايله گئنيش بؤلگه‌يه داغيلاراق بير قالاباليق ميلتي يوخ ائتمه‌يه يئترلي گؤرونور. بو اصلينده، بير ميلتي کوتلوي سورگونه زورلاماق و بشريته قارشي جينايتدير.

آما بوتون بونلارا رغمن نئجه ائدک کي سؤزو کئچن تورپاقلاردا قالاباليق بير جمعييته صاحيب اولان ميلتيميز قورخمادان اؤزلرينه قارشي 21_جي يوز ايلين ان بؤيوک زورونلو (مجبوري) سورگونلريندن بيريني حياتا کئچيرمک ايسته‌ين بو سئناريويا قارشي اعتيراض ائتسين؟!

ايران رئژيمي اعتيراض ائدنلره قارشي اگر غدارليق گؤستريرسه، اگر تهديد ائديرسه، اگر اؤلدورورسه و.. ميلتيميزي بو تهلوکه‌لر ايله قارشي قارشييا گتيرميه‌جک بير اَيله‌مي نئجه باشلادا بيلريک؟ نه شکيلده بوتون ميلتيميزي بير اورتاق اعتيراض اَيلمينه جلب ائده بيلريک؟! نئجه ائدک کي، ائديله‌جک ائتيرئازلاردا وئريله‌جک هزينه‌لر چوخ داها آز آما آلا بيله‌جگيميز سونوجلار داها ياخشي اولسون؟!


بو گونه قدر گؤلون %70ي قوروموش حالدادير. دئمک کي بيزيم د، گونئي آذربايجان تورک ميلتي اولاراق محو اولماغيميزا ساييلي آيلار و ايللر قالميشدير. بوردا آرتيق ميللي ايستکلردن و سياسي آماجلاردان سؤز گئتمير بو دفعه ميلتيميزين اؤلوم ديريم ساواشيندان سؤز گئدير! بيزي دوز ايچينده بوغماق ايسته‌ييرلر. بيزيم کؤکوموزو قورودماق ايسته‌ييرلر. بو دهشتي نه شکيلده عوموم ميلتيميزين ديقتينه چاتديراراق کوتلوي بير اعتيراض و آياقلانماني ساغلاياغين؟!

بو قاريشيق و بؤهراني دورومدا کي؛ بير طرفدن رئژيمين ميلتيميزين اوزرينده شيددتلي سياسي و ائکونوميک باسقيلاري وار باشقا طرفدن ده دوز تسوناميسي دئيه ماهييتلنديريلن بير فلاکتين اورتايا چيخماسينا آز قاليب، نه ائده بيلريک؟!

تکليف:
اورمو گؤلونون قوروماسي سونوجو اورتايا چيخاجاق دوز تسوناميسيندن قاباق، بيز اؤزوموز شهرلرين ايچينده بير سوني (مئسنوي) دوز فيرتيناسي ياراداغين.

دئمئلي باشلانقيج اولاراق هر کس صاباح ائويندئن چيخديغيندا، توربا توربا دوز کوچه‌لره و جادده‌لره تؤکمه‌ليدير. هر کيمين الينده نئجه بير آراج (وسيله) وارسا اونونلا بللي بير مودت هر گون بو ايشي شهر ايچي چئشيدلي ايستيقامتلرده تکرارلايا بيلر . آراجي اولمايانلار ايسه ياشاديقلاري بينالارين پئنجره‌سيندن بير نئچه توربا دوزو کوچه‌لرينه و خيابانلارينا آتاراق بو دينج ايطاعتسيزليک حرکتيني باشلادا بيلرلر. البته قيسا زامان ايچريسينده مثلاين نه اولدوغونو عوموم ميلتيميز ماراغلانيب، سوراغلاييب و اؤيرنه‌جکدير. بئله‌ليکله اينسانلاريميزين ويجداني دهشتين بويوتونو فرق ائده‌رک، بو دينج اعتيراضا قاتيلماغا حؤکم ائده‌جکدير.

بو دينج حرکئتي تبريز، اورمو، اردبيل باشدا اولماق اوزره هر هاردا بير آذربايجان تورکو ياشاييرسا ائديب و بو دينج ايطاعتسيزليک حرکتينه قاتيلا بيلر.

کوچه‌لري، خيابانلاري و بوتون اطرافيميزي بورونموش بير دوز منظره‌سينه چئويرمکله، ميلتيميزي دهشتلي بير تهلوکه‌نين فرقينه وارديرماليييق. گونئي آذربايجاني بير هفته، حتّي هفته‌لرجه دوزلو اَيلملره مئيدان ائتمه‌ليگيک.

ديقت ائدرسک، عئيني زاماندا ميلتيميز اوچون بو ايشين گوونليگي و ايقتيصادي حزينه‌سي ده چوخ دوشوک و الوئريشليدير.

بو اعتيراضلاري ماهييت اعتيباري ايله عئيني، آما يؤندم اعتيباري ايله فرقلي شکيلد، خاريجده ياشايان آذربايجانليلار دا ائديب ايچرييه دستک اولا بيلرلر. آيريجا دونيانين ديقتيني ده چکه بيلمک يئنه‌ده خاريجده ياشايان آذربايجانليلارا دوشر. بونو حتّي بير کره‌سينده تجروبه ائتديک و سونوج آلديق، ديقتينيزه چاتديرماق اوچون او اَيلمين ويدئوسونو دا بو يازيدا يئرلشديريريک.
دئمئلي تجروبه ائديلن بو لينکده کي حرکتده، تورکييه‌نين کانال د سي ائديلن حرکته دويارسيز قالماياراق، اورمو گؤلو هاقدا بير رئپورتاژ يايينلادي. بو حاديثه ائله بير زاماندا اولدو کي آيلار و ايللر بويو باغيريب چاغيرماغيميزا باخماياراق هر هانسي بير تورک مئديياسي اورمو گؤلونه ديقت گتيرمکدن قاچينيردي آما بو اَيلمله کانال "دی" ،کانال "تی.آر.تی"،بللي قزئتلر و يازارلار دا اورمو گؤلو فلاکتينه ديقت گتيره‌رک بو حاقدا يازيلار يايينلاماغا باشلاديلار.

بو يازيدا، داها دوغروسو بو چاغريشادا چاليشيليب کي بير دينج ايطاعتسيزليک حرکتينين باشلانماسينا ميللي فعاللار و ميلتيميز طرفيندن ديقت گتيريلسين. ائديله‌جک حرکتين ماهييتي و شکلي فرقلي اولا بيلر و فيرقلي تکليفلر ده وئريله بيلر اساس فيکير بودور کي، بير "دينج ايطاعتسيزليک حرکتي" باشلاديلسين.
* * *
Urmu gölünün qurudulmasına qarşı, "Dinc itaətsizlik hereketi" önerilir
 
Bu Gün Azərbaycanımızın ən dəyərli varlıqlarından biri, Hətta Azərbaycanımızın var olması üçün çırpınan qəlbi olan Urmu gölü, İran adlanan ölkənin kökdəndinçi_rasist rejimi tərəfindən qurudulub, duzluğa dönüşdürülmək üzərədir.

5 min 700 km2’lik məsahəti və 102 adası ile İran’ın ən büyük gölü olan Urmu Gölü,  Normal zamanda toplam 37 milyard metrəküp su içərməkdə və göl, quzeydən güneyə 135 kilometir uzunluğunda, doğudan batıya 18 ila 55 kilometir genişliyindədir. Dərinliyi ən çox 16 metir olan göldə Duz zəxirəsi baxımından dünyanın ikinci böyük, qapsadığı (əhatə) alan baxımından dünyanın üçüncü böyük gölü olan Urmu Gölü’nə 60`ın üzərində çay və çaylaq axmaqdadır amma hal hazırda bu çayların  təxminən bütününün Urmu gölünə axışı, müxtəlif bəndlərin (baraj, səd) inşası ilə əngəllənibdir.
Bir başqa yandan isə, Təbrizlə Urmunu birləşdirmək bəhanəsi ilə gölün ortasından 17 kilometir uzunluğunda körpü inşa etmək adına, daş torpaqları gölün ortasına qədər dolduraraq, iç gözələrin qapadılmasını sağlayıb, suyun dolaşımını əngəlləyiblər. Nəhayət suyun yüzde 70’i son 15 il içində bilincli bir şəkildə İran rejimi tərəfindən qurudulmuşdur.
Uzmanlara (mütəxəssis) göre önləm alınmaması halında birneçə il içində göl, duzluq bir  bölgəyə dönüşebilecekdir. İstatistiklərə əsasən bu gölün tamamən quruması və bunun ardından ortaya çıxacaq fəlakət, çevrədəki 76 milyon insanı  etkiləyəcək və 15 milyon insan isə yaşama alanlarını itirərək, torpaqlarını tərk etmək zorunda qalacaqlar " bu insanlar isə Güney Azərbaycan Türkləridirlər."

Belə bir fəlakətin ortaya çıxmasına duyarsız və umarsız davranan, illər boyu göz yuman bir rejim necə bir niyət içində olduğunu açıqca bəlli etməkdədir. Necə ki bunun ilk signallarını da 2006_cı il 12 may`ında, iran qəzetində dərc edilən Türkləri aşağılayıcı karikatorda və o karikatordan 10 ay sonra, yəni 2007_ci ilin 12 mart tarixində, iranın bank sistemində para dolaşımına girən 5000 tümənlik pulunda vermişdilər.
Karikatorda Türkləri (hamam böcəklerini) yox etmək üçün ortaya qoyulan önərilərin biri tam bu şəkildə idi: "onları toplu şəkildə yox etmək üçün yuvalarına zəhər tökəcəksiniz" deyə!
5000 tümənlik (50000 riyallıq) pulunda isə dərc olunan iranın xəritəsindən Urmu gölü qaldırılıbdır.

Yuxarıda qeyd edilən somut nədənlər (muvəsəq dəlillər) göstərir ki iran rejimi bilincli bir şəkildə Urmu gölünü qurudur.

Bu gün bizim, yəni Güney Azərbaycan Türklərinin qəlbi sayılan Urmu gölü, yuxarıda qeyd edilən somut nədənlərə (muvəsəq dəlillər) əsasən iran rejimi tərəfindən bilincli olaraq bir duzluğa dönüşdürülməkdədir və orda var olan 10 milyard tonun üzərində duz, əsən yellər və qasırğalar vasitəsi ilə geniş bölgəyə dağılaraq bir qalabalıq milləti yox etməyə yetərli görünür. Bu əslində, bir milləti kütləvi sürgünə zorlamaq və bəşəriyyətə qarşı cinayətdir.

Amma bütün bunlara rəğmən necə edək ki sözü keçən torpaqlarda qalabalıq bir cəmiyətə sahib olan millətimiz qorxmadan özlərinə qarşı 21_ci yüz ilin ən böyük zorunlu (məcburi) sürgünlərindən birini heyata keçirmık istəyən bu senaryoya qarşı etiraz etsin?!
İran rejimi etiraz edənlərə qarşı əgər qəddarlıq göstərirsə, əgər təhdid edirsə, əgər öldürürsə və.. Millətimizi bu təhlükələr ilə qarşı qarşıya gətirməyəcək bir əyləmi necə başlada bilərik? Nə şəkildə bütün millətimizi bir ortaq etiraz əyləminə cəlb edə bilərik?! necə edək ki, ediləcək etireazlarda veriləcək həzinələr çox daha az amma ala biləcəyimiz sonuclar daha yaxşı olsun?!


Bu günə qədər gölün %70'i qurumuş haldadır. Demək ki bizim də, Güney Azərbaycan Türk milləti olaraq məhv olmağımıza sayılı aylar və illər qalmışdır. Burda artıq milli istəklərdən və siyasi amaclardan söz getmir bu dəfə millətimizin ölüm dirim savaşından söz gedir! Bizi duz içində boğmaq istəyirlər. Bizim kökümüzü qurudmaq istəyirlər. Bu dəhşəti nə şəkildə ümum millətimizin diqqətinə çatdıraraq kütləvi bir etiraz və ayaqlanmanı sağlayağın?!
Bu qarışıq və böhrani durumda ki; bir tərəfdən rejimin millətimizin üzərində şiddətli siyasi və ekonomik basqıları var başqa tərəfdən də duz tsunamisi deyə mahiyətləndirilən bir fəlakətin ortaya çıxmasına az qalıb, nə edə bilərik?!

Təklif:
Urmu gölünün quruması sonucu ortaya çıxacaq duz tsunamisindən qabaq, biz özümüz şəhərlərin içində bir suni (mesnui) duz fırtınası yaradağın.

Demeli başlanqıc olaraq hər kəs sabah evinden çıxdığında, torba torba duz küçələrə və caddələrə tökməlidir. Hər kimin əlində necə bir arac (vəsile) varsa onunla bəlli bir müddət hər gün bu işi şəhər içi çeşidli istiqamətlərdə təkrarlaya bilər . Aracı olmayanlar isə yaşadıqları binaların pencərəsindən bir neçə torba duz'u küçələrinə və xiyabanlarına ataraq bu dinc itaətsizlik hərəkətini başlada bilərlər. Əlbət qısa zaman içərisində məsələnin nə olduğunu ümum millətimiz marağlanıb, sorağlayıb və öyrənəcəkdir. Beləliklə insanlarımızın vicdanı dəhşətin boyutunu fərq edərək, bu dinc etiraza qatılmağa hökm edəcəkdir.
Bu dinc hərəketi Tebriz, Urmu, Ərdəbil başda olmaq üzərə her harda bir Azərbaycan Türkü yaşayırsa edib və bu dinc itaətsizlik hərəkətinə qatıla bilər.
Küçələri, xiyabanları və bütün ətrafımızı bürünmüş bir duz mənzərəsinə çevirməklə, millətimizi dəhşətli bir təhlükənin fərqinə vardırmalıyıq. Güney Azərbaycanı bir həftə, hətta həftələrcə duzlu əyləmlərə meydan etməliyik.
Diqqət edərsək, eyni zamanda millətimiz üçün bu işin güvənliyi və iqtisadi həzinəsi də çox düşük və əlverişlidir.

Bu etirazları mahiyət etibarı ilə eyni, amma yöndəm etibarı ilə fərqli şəkildə, xaricdə yaşayan Azərbaycanlılar da edib içəriyə dəstək ola bilərlər. Ayrıca dünyanın diqqətini də çəkə bilmək yenədə xaricdə yaşayan Azərbaycanlılara düşər. Bunu hətta bir kərəsində təcrübə etdik və sonuc aldıq, diqqətinizə çatdırmaq üçün o əyləmin videosunu da bu yazıda yerləşdiririk.

http://www.youtube.com/watch?v=uo1XPKwqVR4

Demeli təcrübə edilən bu linkdə ki hərəkətdə, Türkiyənin kanal D si edilən hərəkətə duyarsız qalmayaraq, Urmu gölü haqda bir reportaj yayınladı. Bu hadisə elə bir zamanda oldu ki aylar və illər boyu bağırıb çağırmağımıza baxmayaraq hər hansı bir Türk mediyası Urmu gölünə diqqət gətirməkdən qaçınırdı amma bu əyləmlə kanal "D", kanal "TRT" , bəlli qəzetlər və yazarlar da Urmu gölü fəlakətinə diqqət gətirərək bu haqda yazılar yayınlamağa başladılar.

Bu yazıda, daha doğrusu bu çağrışada çalışılıb ki bir dinc itaətsizlik hərəkətinin başlanmasına milli fəallar və millətimiz tərəfindən diqqət gətirilsin. Ediləcək hərəkətin mahiyəti və şəkli fərqli ola bilər və fırqli təkliflər də verilə bilər əsas fikir budur ki, bir "dinc itaətsizlik hərəkəti" başladılsın.

Səid Baykal

هیچ نظری موجود نیست:

ارسال یک نظر